Ramil Usubovun rəis oğlu 50 min cərimələndi

Ramil Usubovun rəis oğlu 50 min cərimələndi
SOSİAL
09:48 09.02.2022
1818
Keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcu yaranıb.

AZXEBER.COM Kriminalqafqaz-a istinadən xəbər verir ki, "Azəriqaz” tərəfindən Novxanıda yerləşən istixanada yoxlama aparılıb. Məlum olub ki, 1,48 hektarlıq ərazidə yerləşən və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün qurulan kompleks 61 min manata yaxın qaz sərfiyyatı edib.

Usubovlar məbləğin 11 min manata yaxın hissəsini ödəsə də, yerdə qalan məbləği ödəməkdən imtina ediblər.

Buna görə də "Azəriqaz” onlara qarşı məhkəmə iddiası qaldırıb və istixanaya qaz verilməsi dayandırılıb. Eyni zamanda Raul Usubov da məhkəmədə əks-iddia qaldıraraq borcun əsassız yerə yazıldığını qeyd edib.

"Azəriqaz”ın nümayəndəsi bildirib ki, laboratoriya yoxlaması zamanı sayğacda nasazlıq aşkarlanıb və itirilmiş qazın dəyəri 50 min manat hesablanıb. Bu borc sayğaca müdaxilə kimi deyil, itirilmiş qazın dəyəri əvəzinə hesablanıb.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim bu qənaətə gəlib ki, "Azəriqaz” qanunvericiliyin tələblərini pozmaqla ərazidə yoxlama aparıb və istixananın sayğacını xəbərdarlıq etmədən dəyişdirib. Hakim hesab edib ki, "Azəriqaz”ın apardığı yoxlama qanunsuzdur.

Məhkəmə Raul Usubovun iddiasını təmin edib və "Azəriqaz” tərəfindən yazılmış 50 min manatlıq borcun silinməsi barədə qərar çıxarıb.

Həmçinin, qərarda göstərilib ki, Raul Usubovun məhkəmə iddiası üçün ödədiyi 30 manat rüsum da "Azəriqaz”dan tutularaq ona qaytarılsın.

Qeyd edək ki, sözügedən ərazidə Usubovların yaşayış villası da yerləşir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək