Bu gün XXX London Yay Olimpiadasında Azərbaycan taekvondoçuları mübarizəyə qoşulublar.
AZXEBER.COM-un məlumatına görə, yığmamızın iki üzvü 1/8 finalda - Ramin Əzizov və Fəridə Əzizova qüvvəsini sınayacaqlar.
80 kq çəki dərəcəsində mübarizə aparacaq Ramin Əzizov ilk görüşündə ikiqat olimpiya (2000 və 2004) və 5 qat dünya çempionu amerikalı Stiven Lopeslə üz-üzə gəlib. İlk hissə rəqibin üstünlüyü ilə başa çatıb - 0:1. İkinci hissədə təşəbbüsü ələ alan Ramin hesabı bərabərləşdirib. Üçüncü hissədə də üstünlüyünü qoruyan taekvondoçumuz 1/4 finala yüksəlib. Bu mərhələdə Raminin rəqibi Rəsul Abduraimə (Qırğızıstan) qalib gələn Pekin olimpiadasının gümüş mükafatçısı , İtaliya idmançısı Mauro Sarmiento (İtaliya) olub. Görüş saat 19.15-də başlanacaq.