AZXEBER.COM-un məlumatına görə, Bu haqda o şəxsi "facebook" səhifəsində yazıb:
"Mən Demokratik İslahatlar Partiyası sıralarından ayrıldım. Bugünədək etdiyi bütün dəstəyə və dostluğa görə, Asim Mollazadə başda olmaqla bütün partiyadaşlarıma təşəkkür edirəm. Hər zaman özümü müstəqil və azad hiss etmişəm, lakin mənim partiya mənsubiyyətimdən istifadə edib fəaliyyətimə maneələr yaradıblar. Bu gündən sonra Azərbaycan Avropa Hərəkatının rəhbəri kimi ictimai fəaliyyətimi davam etdirəcəm. Gələcək siyasi fəaliyyətimlə bağlı isə düşünəcəm".
Qeyd edək ki, Ramin Hacılı həm də "Dalğa" Gənclər Təşkilatının təsisçilərindəndir.