Ramin Məmmədov: “Tarixi-dini abidələrin bərpası prosesin sonu deyil”

Ramin Məmmədov: “Tarixi-dini abidələrin bərpası prosesin sonu deyil”
SOSİAL
10:39 17.09.2026
173
Tarixi-dini abidələrin bərpasından sonra onların qorunması və istifadəsinə xüsusi diqqət yetirilməlidir

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

Hər bir tarixi abidənin bərpası zamanı onun tarixi, özünəməxsus mənəvi məzmunu və cəmiyyətdəki yeri nəzərə alınmalıdır.

Xüsusilə məscid, ziyarətgah, türbə və digər tarixi məkanlara münasibətdə bu məsələyə daha həssas yanaşmaq vacibdir. Çünki bu məkanlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir hissəsidir.

Tarixi-dini abidənin bərpası prosesin sonu deyil, yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var.

Mədəniyyət Nazirliyi tarixi-mədəni irsin öyrənilməsi, mühafizəsi, konservasiyası və bərpası istiqamətində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini icmalar, din xadimləri və ibadət məkanları ilə birbaşa işləyən qurum kimi bu prosesdə mühüm əlaqələndirici imkanlara malikdir.

Bu iki istiqamətin əlaqələndirilməsi tarixi-dini abidələrin qorunmasına vahid və davamlı yanaşmanın formalaşmasına imkan verə bilər.

Şahanə
OXŞAR XƏBƏRLƏR