Ramin Musayev yenidən namizədlik verməyəcək - “Bu işlərə qarışmıram”

Ramin Musayev yenidən namizədlik verməyəcək - “Bu işlərə qarışmıram”
TOP4
11:43 18.10.2018
2778
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev futbolpress.az saytına müsahibə verib. AZXEBER.COM həmin müsahibəni təqdim edir:   

- PFL-in dağılacağı haqda söz-söhbətlər səngimir. Sizcə, hardan qaynaqlanır bu məsələlər?

- Hardan qaynaqlanır? Gəl, bunu açıq deməyək, mənası yoxdu. Mən gördüyüm odur ki, obyektiv adamlar PFL-in dəyərini düzgün verir.

- Bəs bu qurumun  ləğvi niyə bu qədər müzakirə olunmalıdır, nə ehtiyac var buna?

- PFL tarix yazıb, bu qurumu heç kəs ləğv edə bilməz.

- Tarix yazan qurumu tarixdən silə bilməzlər - iddianız budur?

- Bəli. PFL 2008-ci ildə AFFA prezidenti Rövnəq Abdullayevin tövsiyəsi ilə yaradılıb. Yarandığı vaxtdan Azərbaycan futbolunda pozuntulara, əyər-əskik işlərə qarşı çıxıb. Məhz PFL-in doğru, məqsədyönlü fəaliyyəti nəticəsində hakimliyimiz Avropada uğur qazandı və hazırda Əliyar Ağayev I kateqoriyadadır. PFL-in sayəsində Azərbaycan çempionatında hakim narazılıqlarına qarşı sərt qərarlar verildi. Şikayətə səbəb olan bütün hakimlərin işini öz təcrübəmizə əsasən araşdırdıq, səhv aşkarlanan kimi sərt cəzalandırdıq. Məhz bunlardan sonra hakimlik lağlağı, sərt müzakirələrdən azad oldu. Son 2-3 ildə Azərbaycan hakimliyinin səhvlərindən minimum, uğurlarından isə maksimum yazılır. Bundan başqa, PFL-in sistemli işi nəticəsində Azərbaycan UEFA klub reytinqində ən yüksək yerlərə qalxdı, MDB ölkələri arasında ilk 4-lüyə düşdü. Bizim fəaliyyətimiz dağıtmaq yox, yaratmaq olub. Mən çox şadam ki, PFL-in işini Rövnəq Abdullayev bəyənir. Son açıqlamalarında da bunu vurğulayıb.

- Bu söhbətlər ən çox komitələrin birləşdirilməsi və əcnəbinin sədr təyin edilməsindən sonra sürətləndi. Ümumiyyətlə, bunlara ehtiyac var idimi?

- Azərbaycanın zəngin hakimlik ənənəsi olub. Futbolumuzdan da çox hakimlərimiz uğur qazanıb, tarixdə var bunlar. Bizim tutduğumuz yol göstərdi ki, doğru istiqamətdəyik. Hər halda, I kateqoriyaya layiq hakim yetişibsə, demək, iş düzgün qurulmuşdu. Komitələrin birləşmsi UEFA-nın üzvləri qarşısında qoyduğu bir tövsiyədir. Məcburi addım deyil, sadəcə, tövsiyədir. İndi lazım bilindi ki, komitələr birləşdirilsin və sədr - adını da bilmirəm (Fritz Stuxliki nəzərdə tutur - red.), əcnəbi olsun.

- Qarşıdan qış toplanışı gəlir. Hər ilin yanvarında Antalyada hakimlərin 2-3 həftəlik təlim-mşq toplanışı olurdu və bunu koordinasiya eləyən qurum PFL idi. Bu dəfə necə olacaq?

- Qarşıdakı toplanışın heç bir qərarı PFL-ə aid olmayacaq.

- Deməli, qurumunuz tamamilə bu prosesdən uzaqlaşdırılıb.

- Qətiyyən maraqlanmıram və qarışmıram. Nəyi necə edəcəklərsə, etsinlər.

- Belə görünür ki, ab-hava gərgindir. PFL-in prezidenti postuna növbəti seçki 2020-ci ildə olacaq. Əslində, həm çox vaxt qalıb, həm də az. Növbəti dəfə namizədliyinizi irəli sürəcəksiz?

- Xeyr.

- Niyə?

- Futboldan yorulmuşam. Ürəyimdə 5 stent var. Sağlamlığımın qeydinə qalmaq vaxtıdır.

- Bəs PFL...

- Təkrar edirəm, PFL öz fəaliyyəti ilə böyük bir tarix yazıb və bu tarixi silmək mümkün deyil. Bu qurumun yaradılmasına təşəbbüskar şəxs AFFA prezidenti Rövnəq Abdullayevdir və o, həmişə, hətta son çıxışlarında da bu qurumun işindən razılığını bidirib. PFL yaşayacaq, kim prezident seçilsə də, fəaliyyətdə olacaq.

- Növbəti seçkiyədək postunuzdan getmək fikriniz yoxdur ki?

- Xeyr, səlahiyyətlərimi sona qədər canla-başla yerinə yetirəcəm. Bura böyük bir kollektivin iş yeridir. Vəzifəni qoyub, aradan çıxmaq işi yarımçıq qoymaq olar - mən elə insan deyiləm.

- Namizədliyinizi verməyəcəyiniz aydın odu. Bu, yalnız PFL-dəki missiyanı bitirməkdir, yoxsa ümumiyyətlə futboldan uzaqlaşacaqsınız?
- Tamamilə uzaqlaşacam futboldan.

- Milli komanda haqda danışmaq istəyirsiniz?

- Xeyr.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı