Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin səhhətində gözlənilmədən problem yaranıb.
Apasport.az saytının xəbərinə görə, PFL rəhbəri dünən halının pisləşməsindən dərhal sonra “Modern” klinikasına aparılıb.
Bu gün isə R.Musayev Mərkəzi Klinik Xəstəxanasına köçürülüb. Burda həkimlər müayinə etdikdən sonra PFL prezidentinin sağlıq durumuna aydınlıq gələcək.
Məlumatı Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.