Ramin Quluzadə iranlı həmkarı ilə görüşdü

Ramin Quluzadə iranlı həmkarı ilə görüşdü
SİYASƏT
18:22 14.09.2020
651

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri də iştirak edib. Videobağlantı zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Danışıqlarda Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı görüləcək işlər müzakirə olunub. Sözügedən körpünün tikintisinin həyata keçirilməsi üçün müqavilə-hüquq bazasının yaradılması məqsədilə Hökumətlərarası Anlaşma Memorandumu layihəsinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsinə dair razılığa gəlinib.

 

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Videogörüşdə, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələri, Şimal – Cənub Nəqliyyat Dəhlizi, İran ərazisində həyata keçirilən layihələr, gələcəkdə yükdaşımaların inkişaf etdrilməsi məsələləri müzakirə olunub.

Sonda tərəflər "COVID-19” pandemiyası şəraitində keçirilən onlayn müzakirələrin tezliklə ənənəvi görüşlərlə əvəz olunacağına ümidvar olduqlarını bildiriblər.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:45 30.06.2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib