Ramin Şükürov həbs edildi

Ramin Şükürov həbs edildi
KRİMİNAL
16:01 22.04.2025
427
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.
OXŞAR XƏBƏRLƏR