Xalq artisti Ramiz Əzizbəyli Tibb Universitetinin Tədris-terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib.
Bu haqda məlumatı AZXEBER.COM-a aktyorun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli verib.
Xatırladaq ki, Ramiz Əzizbəyli fevralın 9-da Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən sonra avtomobil qəzasına düşüb. Başından xəsarət alan aktyor bir neçə gün ev şəraitində müalicə olunub.
Qeyd edək ki, o, 1948-ci il iyulun 20-də Bakıda doğulub.