“Ramiz Mehdiyev dövlət maraqlarına xidmət etməyib” - Deputat

“Ramiz Mehdiyev dövlət maraqlarına xidmət etməyib” - Deputat
SİYASƏT
16:33 04.12.2025
489
"Ümummilli Liderimiz Heydər Əliyev, cənab Prezident İlham Əliyev həmişə Ramiz Mehdiyevə etibar edib, etimad göstəriblər. Lakin Ramiz Mehdiyev bütün planlarını dövlətə, dövlətçiliyə, xalqımıza qarşı, və milli maraqlarımızın əleyhinə istifadə edib”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

O bildirib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında qəti və monolit şəkildə birləşib: 

"Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli. Bu dörd, bəlkə də daha neçə-neçə insan. Hələ ki, bu dörd nəfər ətrafında baş verən son hadisələr bir amili bir daha sübut etdi. Dövlətin və xalqın bu məsələyə də baxışı üst-üstə düşür. Bu adların, onların törətdikləri əməllərin cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanması Azərbaycanda hökm sürən xalq-iqtidar birliyini bir daha sübut edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında qəti və monolit şəkildə birləşib. Həmin bu insanların əli ilə edilən cəhdlər isə yeni deyil. Bu istiqamətdə Azərbaycana qarşı daimi təhdidlər, pərdəarxası məqamlar, gizli oyunlar olub”.

A.Badamov vurğulayıb ki, Azərbaycana qarşı təhdidlər hər zaman olub, indi də var:

"Cənab Prezident İlham Əliyev bildirmişdi ki, "Qələbəni qoruyub-saxlamaq onu əldə etməkdən çətindir”. Müdrik Liderimiz heç bir söz kimi, bu sözü də söz xətrinə deməmişdi. Baş verən proseslər bir daha bunu sübut edir. Adları çəkilən insanların planları bir ilin və ya beş ilin məsələsi deyil. Təəssüf ki, dövlətdə ən yüksək vəzifələrə sahib olan Ramiz Mehdiyev illərdir bu əməlləri planlı edirmiş. O, bu istiqamətdə kənardan dəstək almaq qədər irəliyə də gedib, həddini aşıb, amma uzağa gedə bilməyib. Öz amalı üçün nə qədər irəliyə gedibsə, bunu hünər zənn edib”.

Deputat bildirib ki, Ramiz Mehdiyev bütün planlarını dövlətə qarşı qurub:

"Ümummilli Liderimiz Heydər Əliyev, cənab Prezident İlham Əliyev həmişə Ramiz Mehdiyevə etibar edib, etimad göstəriblər.  O, dövlətin inzibati, mərkəzi qurumlarının özəyində söz sahibi olub. Dövlət quruculuğunda, idarəçilikdə  Ramiz Mehdiyevə hər zaman böyük etimad var idi. Lakin Ramiz Mehdiyev bütün planlarını dövlətə, dövlətçiliyə, xalqımıza qarşı, və milli maraqlarımızın əleyhinə qurub. Vaxtı ilə "Milyarderlər İttifaqı”, "Milli Şura” kimi tanınan, öz ağıllarınca dövlət içində dövlət yaratmaq cəhdləri artıq tam anlamı ilə ifşa olub. Bu insanlara Zəfərimiz, Qarabağın və Şərqi Zəngəzərin bərpası, insanlarımızın öz yurdlarına qayıtması deyil, şəxsi ambisiyalarının baş tutması əsas olub”.

Parlamentari qeyd edib ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür:

"Azərbaycan xalqı hər şeyi çox yaxşı görür. Kim ki, vətəninə, milli maraqlarımıza,  dövlətçiliyimizə naxələf çıxır bağışlana bilməz. Hər kəs layiqincə cəzalandırılacaq. Bir daha sübut olunur ki, Ramiz Mehdiyev statusundan istifadə edərək dövlətin maraqlarına xidmət etmirmiş, şəxsi ambisiyalarını qidalandırırmış. Varlanmaq, hər mənada şöhrət qazanmaq, dövlətin həm maliyyə, həm də inzibati resurslarından istifadə edərək güclənmək, davamında yıxıcı addımlar atmaq əsas amal imiş. Hər kəsin birləşməli olduğu bir zamanda, müharibədən daha mürəkkəb bir məqamda dürüst olmaq, dövlət başçısına, dövlətə dəstək olmaq əvəzinə milli maraqlara zidd olaraq bu cür addımlar atmaq təkcə dövlətə xəyanət deyil. Bu, xalqın iradəsinə ziddir və milli maraqlara xəyanətdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb