"Mən bu dastanı oxudum. Onun ünvanına həqiqətəni söyləyənlərin hamısını hədəfə alıb. Zərrə qədər özündə günah bilmir. Bütün bu məsələlər Ramiz Mehdiyevin Tarix institutunun direktoru alim, tədqiqatçı Kərim Şükürova qarşı əsası olmayan, qərəzli münasibətindən sonra gündəliyə gəldi".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fəzail Ağamalı AMEA-nın son açıqlamasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, AMEA bataqlıqdadır və bunun səbəbkarl Ramiz Mehdiyevdir:
"Həqiqətən də AMEA bataqlıq içərisindədir. Çünki onun içərisində olanlar, onun mətbəxi ilə tanış olanlar çox ciddi məsələlərin üstünü açdılar. Bəlli oldu ki, akademiyada elmi işdən başqa hər işlə məşğul olurlar. Bunun biri yalan desin, ikisi yalan desin, hamı yalan demir ki... Elmə aid olmayan insanların akademiyaya gətirilərək bütün səlahiyyətlərin onlara verilməsi, elmə aid olmayan bir sistemin qurulması biabırçılıqdır. O, özündə günah görməyən biridir. Təsəvvür edin, vaxtilə bunun birbaşa əlinin altında oturan insanlar hansı zülmü çəkiblər, hansı işgəncələr altında işləyiblər. O, vaxtilə bütün Azərbaycan xalqına nümayiş etdirməklə açıq-aydın, çoxsaylı qonaqların iştirakı ilə toy mərasimi keçirdi. Onları aldadaraq toy mərasiminə gətirdi, iştirak edənlər də dedi ki, yalan danışaraq cənab prezidentin adından istifadə edib. Onun həyatı yalan, böhtan, iftira üzərində qurulub.
Fəzail Ağamalı onunla bağlı səslənən fikirlərə də münasibət bildirib:
"Mənimlə bağlı dediklərinin heç bir əsası yoxdur. Təbii ki, o zaman Ramiz Mehdiyevin birbaşa tapşırıqları əsasında ayrı-ayrı adamların himayə etdiyi həmin şəxslər mənim insanlarla keçirdiyim görüşə mane olmağa çalışdı. Orada qarşıdurmalar yaratmağa cəhd göstərdi. Onlar vaxtilə ayrı-ayrı qüvvələr tərəfindən himayə olunan radikal insanlar idi. Biz qaragüruhçü avantüristlərin avantürasına getmədik. Onlar kifayət qədər orada cinayət işlətdilər, cinayət işi də açıldı. Mən xahiş etdim ki, bu cinayət işi qapansın. Çünki orada insanlar aldadılmışdı. Onlar da hər hansı bir zərər gəlməsinin istəmədim. Kamil Musavinin özünə də zərər gəlsin istəmədim, hər halda hansısa xidmət vaxtı əlil olub. Mənim bütün qazilərə, əlillərə hörmətim var. Bu səbəbdən ona qarşı başqa mövqe tutmadım. Orada hər hansı qovmaqdan söhbət gedə bilməzdi. İstədi ki, bir qarşıdurma yaratsın, dairənin seçki səsləri ləğv edilsin. Çünki onlar bilirdi ki, mən orada seçicilərin mütləq əksəriyyətinin səsini toplayacam. Bu, birmənalı belədir. Buna inanmayanlarənim sosial şəbəkəmdə gördüyüm bütün işlər haqqında məlumat alsınlar, görsünlər ki, biz xalqımıza xidmət etməkdən şərəf duyuruq.
Yəni mənə deməyə bir şey tapmadı, o birilərə də deməyə bir şey tapmadı, başqa cür qələmə verməyə çalışır. Demək olar ki, haqqında yazan bütün alimləri ləkələyir, böhtan atır. Bu adam belədir, bu adam dəhşətdir, onda təsəvvür olunmaz özünə güvənlik, özünə aşiqlik var və özünü səhvi, günahı olmayan bir adam kimi cəmiyyətə təqdim etməyə çalışır. Hər halda bu fikri çox dəyərli akademiklər, akademiyanı rəyasət heyətinin üzvləri, orada institut rəhbərləri deməlidir. Ortalıqda fakt var. Bu ictimai rəy də kifayət qədər aktuallaşıb.
Ramiz Mehdiyevi fəaliyyətinə mənfi münasibət birmənalıdır. Bu sadəcə üzdə olanlardır. Tarix institutunun yönəlmiş olan və Kərim Şükürova yönəlmiş olan haqsız olan fikirlərə qarşı mən fikirlərimi dedim. Ondan sonra ikinci yazımda isə, eyni zamanda akademiyada çalışan insanların bəzi fikirlərinə istinadən fikirlərimi ümumiləşdirdim. Son yazımda da Tarix institutunun şöbə müdiri, Azərbaycan tarix elminə böyük töhfələr verən professor Tofiq Mustafazadənin fikirlərinə istinad etdim. Çünki elm adamıdır, titulları var, tarixçi kimi onu çox yaxşı tanıyıram. Qalan alimlər isə orada çatışmazlıq, nöqsanlar, mövcud problemlərin üzərində dayanıblar, indi onlara da böhtan atır. Məişət səviyyəsində münasibətini ifadə edir. Eyni zamanda dövlətin üzərinə gedir. Guya bütün bu proseslər kimsə tərəfindən ona görə ortalığa atılıb ki, diqqət ölkənin tale yüklü məsələlərində yayınsın.
Ramiz Mehdiyev haqda fikir söyləyənlərin ümumiyyətlə onunla nə problemi ola bilər? Bir sayta ciddi bir yazıb gedib, bəlli olur ki, AMEA-da tamam başqa strukturlar yaradılıb, bunlar faktdır. Bu faktı etiraf edib isefa vermək əvəzinə yenə də özünə haqq qazandırmaq yüksək intellektin ifadəsi deyil".
Aydın Nuri