"Ramiz Mehdiyev və Əli Kərimlinin birgə apardığı işlər heç kəsə sirr deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Paşazadə deyib.
O bildirib ki, dövlət başçısı İlham Əliyevin apardığı siyasət çox güclüdür:
"Ramiz Mehdiyevin vaxtilə istefaya göndərilməsi də təsadüfi deyil. Dövlətimizin apardığı siyasət həmin dönəmdən indiyə qədər davam edir. Müşahidələr aparılıb, yoxlamalar gedib və faktlar olduqdan sonra tədbirlər görülüb. Ramiz Mehdiyev və Əli Kərimlinin əlaqələri çox əvvəllərə dayanır. Bundan 6-7 il əvvəl Moskvada təşkil olunan bəzi tədbirlər, insanların apardığı siyasət və təxribatların qaynaqları Azərbaycanda olub. Bunun başında isə Ramiz Mehdiyev dayanıb”.
Deputat deyib ki, eyni siyasəti bu gün aparanlar isə dövlətimiz tərəfindən nəzarət altındadır:
"Eyni siyasəti bu gün aparanlar isə dövlətimiz tərəfindən nəzarət altındadır. Dövlətimiz bütün hadisələri aşkara çıxaracaq. Bütün günah sahibləri layiqli cavablarını almalıdır. Həmin şəxslərin çox güman davamçıları da var. İstintaq prosesi zamanı müəyyən faktlar ortaya çıxacaq. Bir gün gec, bur gün tez onların arxasında olanlar da eyni vəziyyətə düşəcək”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib. Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib.
Şahanə Ziyad










































