Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları hərtərəfli araşdırılıb

Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları hərtərəfli araşdırılıb
SOSİAL
11:20 01.10.2025
375
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".
 
Qeyd edək ki, ötən il AMEA-da 2020–2023-cü illərdəki qanun pozuntuları ilə bağlı "xüsusilə külli miqdarda mənimsəmə” faktı üzrə cinayət işi başlanılıb. Həmin illərdə Akademiyanın prezidenti Ramiz Mehdiyev olub.
OXŞAR XƏBƏRLƏR