Ramiz Mehdiyevin işdən çıxardığı direktor Xalq artistinin qudası imiş

Ramiz Mehdiyevin işdən çıxardığı direktor Xalq artistinin qudası imiş
SOSİAL
11:20 02.10.2021
418
Ötən gün vəzifəsindən azad olunan direktorlardan biri Xalq artisti Zeynəb Xanlarovanın qohumudur.

AZXEBER.COM-un Oxu.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Z.Xanlarovanın qudasıdır. 

Qeyd edək ki, ötən gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin əmri ilə qurumun Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev vəzifələrindən azad ediliblər. 
OXŞAR XƏBƏRLƏR