Ramiz Rövşən: "Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm"

MƏDƏNİYYƏT
14:15 26.10.2022
887
Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm, amma Anar getsə, AYB bu AYB ola bilməz, bu, dəqiqdir.

Bunu APA-nın sualına cavab olaraq Xalq şairi Ramiz Rövşən deyib.

Ramiz Rövşən Anarın birləşdirici xarakterinə diqqət çəkib: "Mən bir şeyi dəqiq deyirəm ki, bizdə vəzifədən daha çox vəzifədə şəxs və şəxsiyyət əhəmiyyət daşıyır. Bu, bir reallıqdır və Anardan sonra düşünürəm ki, o postda sədr olmaq istəyən də, ora tamah salan da olmayacaq. Çünki Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu birləşdirici xarakter çox böyük şərtdir”.

Xalq şairi yazıçı-oxucu əlaqəsinə də diqqət çəkib.

"Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları və oxucu sevgisi gətirə bilər. Anarın yüz minlərlə oxucusunun olması həqiqətdir”, - Xalq şairi qeyd edib.

OXŞAR XƏBƏRLƏR