Təki sənin üzün gülsün.. Mənim üzüm gülən deyil, Təki sənin üzün gülsün. Məni görsə "əmi" deyib, Oğlun gülsün, qızın gülsün. Mən ki, sənə yaraşmadım, Söz demədim, dalaşmadım. Ulduzumuz barışmadı, Qoy yenə ulduzun gülsün. Yüz il qocalma, qarıma Bir səhər çıxıb yoluma, Duz səpsən köhnə yarama, Yaram gülsün, duzun gülsün..Ramiz Rövşən