Ramzan Kadırov həmin şəxsi mükafatlandırdı - FOTO

SOSİAL
12:42 27.12.2024
267
Ramzan Kadırov qardaşı oğlu olan Çeçenistanın təhlükəsizlik şurasının katibi Hamzat Kadırovu mükafatlandırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çeçenistan prezidenti Ramzan Kadırov qardaşı oğlu olan Çeçenistanın təhlükəsizlik şurasının katibi Hamzat Kadırovu 25 dekabr 2024-cü il tarixdə (həmin saatlarda AZAL təyyarəsi Qroznı yaxınlığında vurulur) Çeçenistan üzərində bütün hava hədəflərini vurduğuna görə "Çeçenistan qarşısında xidmətlərinə görə” medalı verib.

Qeyd edək ki, Hamzat Kadırov təyyarə qəzası baş verən günü Çeçenistan üzərində hava hədəflərinin vurulması ilə bağlı status da paylaşıb, sonradan isə silmişdi.
 
Xatırladaq ki, 25 dekabr tarixində gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 


OXŞAR XƏBƏRLƏR