Ramzan Kadırovun qardaşı oğlu saxlanıldı: Gecə klubunda...

Ramzan Kadırovun qardaşı oğlu saxlanıldı: Gecə klubunda...
DÜNYA
15:04 26.12.2022
481
Çeçenistan prezidenti Ramzan Kadırovun qardaşı oğlu saxlanılıb.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Xerson və Zaporojye vilayətlərinə "gözətçi” təyin edilmiş Xasan İbrahimov saxlanılıb.

Onunla birlikdə Çeçenistandan olan dörd təhlükəsizlik məmuru da saxlanılıb.
 
Onlar restoranda bir oğlanı döyməkdə şübhəli bilinirlər.

Məlumata görə, dəstənin dörd leytenantı və bir komandir müavini Simferopola qara "Land Cruiser” almaq üçün gedib. Axşam saatlarında "Monroe Club”da dincəlmək qərarına gəliblər. İstirahət zamanı çeçenlərdən biri məkanda kobud şəkildə tanımadığı bir qızın ombasından tutub. Həmin vaxt isə bunu görən qızın sevgilsi ilə aralarında dava düşüb.

Nəticədə "kadırovçular" oğlanı küçəyə sürüyərək oradaca döyməyə başlayıblar. Əraziyə gələn yerli polis əməkdaşları hadisəyə müdaxilə edib. Bu zaman çeçenlərdən biri polisi təpikləyib və polis göz yaşardıcı qazdan istifadə etməli olub.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov qardaşı oğlu Xasan İbrahimovu müvəqqəti olaraq Ukraynanın cənubunun işğal olunmuş ərazisinə göndərilibmiş.
 
Aydın Nuri 

OXŞAR XƏBƏRLƏR