"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
AZXEBER.COM xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq.
"Allianz" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək və CBC SPORT telekanalında canlı yayımlanacaq.
Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa Peyiç cəzalı olduğu üçün matçı buraxacaq. "Neftçi"də isə itki yoxdur.
Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
22:30. "Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan)
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)
Vyana, "Allianz" stadionu