"Rapid" - "Neftçi" oyunu - Saat neçədə, hansı telekanalda?

"Rapid" - "Neftçi" oyunu - Saat neçədə, hansı telekanalda?
İDMAN
16:02 11.08.2022
418

"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq.

"Allianz" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək və CBC SPORT telekanalında canlı yayımlanacaq. 

Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa Peyiç cəzalı olduğu üçün matçı buraxacaq. "Neftçi"də isə itki yoxdur.

Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. "Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan)
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)
Vyana, "Allianz" stadionu

 

 

 

OXŞAR XƏBƏRLƏR