Parazitlər ciddi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər

Parazitlər ciddi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər
SOSİAL
15:45 08.07.2025
261
Yay mövsümünün qızğın çağında parazit böcəklərin fəallığı artır. Səhiyyə mütəxəssisləri xəbərdarlıq edirlər ki, ağcaqanadlar, gənələr və qum milçəkləri kimi parazitlər ciddi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.

AZXEBER.COM xəbər verir ki,bu cür xəstəliklərin yayılması yay aylarında böcəklərin dişləmələri ilə sıx bağlıdır.
 
Ən çox yayılmış xəstəliklər arasında Leyşmanioz gəlir. Qum milçəkləri vasitəsilə yayılan bu parazitar xəstəlik dəri yaraları ilə müşahidə olunur və müalicəsi uzun müddət tələb edir. Xəstəlik xüsusilə uşaqlar və immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir.

Gənələrin dişləməsi ilə ötürülən KHQ virusu yüksək hərarət, daxili qanaxmalar və ağır fəsadlarla nəticələnə bilər. Kənd təsərrüfatı ilə məşğul olan əhali bu xəstəlik üçün əsas risk qrupuna daxildir.

Malyariya da nadir hallarda rast gəlinməsinə baxmayaraq, yay aylarında ağcaqanadlar vasitəsilə ötürülə bilər. Əsasən baş ağrısı, halsızlıq və yüksək qızdırma ilə müşahidə olunur.

Həkim-infeksionistlər əhaliyə bu tələblərə əməl etməyi tövsiyə edirlər:

 Açıq sahələrdə olarkən böcək əleyhinə sprey və kremlərdən istifadə edin;
 Gecələr cib-torları ilə yatın, xüsusilə kənd yerlərində;
 Ot basmış, bataqlıq və durğun su olan ərazilərdən uzaq durun;
 Kənd təsərrüfatı işləri zamanı qoruyucu geyim və əlcək geyinin;
 Ev heyvanlarını və tövlələri mütəmadi yoxlayın və təmiz saxlayın.

Mütəxəssislər hər hansı qeyri-adi dəri yarası, yüksək hərarət və halsızlıq kimi simptomlar müşahidə edilərsə, dərhal tibb müəssisəsinə müraciət edilməyi tövsiyyə edirlər.
 
Aysel Hacızadə


OXŞAR XƏBƏRLƏR