Rasim Əliyevin valideynləri növbəti dəfə prezidentə müraciət etdi - MƏTN

Rasim Əliyevin valideynləri növbəti dəfə prezidentə müraciət etdi -  MƏTN
SİYASƏT
15:40 24.12.2015
1335
Qətlə yetirilmiş jurnalist Rasim Əliyevin valideynləri ikinci dəfə prezident İlham Əliyevə müraciət ediblər.Bu il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən, daha sonra isə xəstəxanada vəfat edən ANN.TV-nin reportyoru Rasim Əliyevin ölüm faktı üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə qaldırılan cinayət işinin istintaqı bitib.Məlumata görə, valideynlər - atası Məmmədəli Əliyev, anası Teyfurə Əliyeva istintaqın gedişatından narazılıqlarını dilə gətiriblər. Valideynlərin prezident İlham Əliyevə ünvanladığı müraciətin tam mətnini oxuculara təqdim edirik:"Cənab prezident,Bildiyiniz kimi, oğlumuz jurnalist Rasim Əliyev 8 avqust 2015-ci il tarixində bir qrup şəxs tərəfindən amansızcasına döyüldükdən sonra çoxsaylı xəsarətlərlə 1 saylı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdir. O, 9 avqust 2015-ci il tarixində həmin xəstəxanada vəfat etmişdir. Ölüm faktı üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq istintaq başlanmışdır. İstintaq tədbirləri nəticəsində şübhəli şəxs qismində Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir.10 dekabr 2015-ci il tarixində bu cinayət işi üzrə istintaq bitib. Lakin istintaqın nəticələri valideyn kimi bizi narahat edir. Belə ki, bizim və şahidlər tərəfindən istintaqa təqdim olunmuş çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətimizə 21.12.2015 tarixində istintaq rədd cavabı verib. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyətlər var, hansılar ki, istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz.Həmçinin dekabrın 22-də təqsirləndirilənlər Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126 .3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Şəhər Prokurorluğundan Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri üzrə təqsirləndirilən digər şəxs Cavid Hüseynova gəlincə isə, onun işi ayrıca icraata ayrılaraq məhkəməyə göndərilmək mərhələsindədir. Bu fakt bizi narahat edir və Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizlərə ayrıca iş kimi təqdim olunmalıydı. Lakin biz və qarşı tərəf iş materialları ilə bir cinayət işi kimi tanış olmuşuq.Cənab prezident, yuxarıda qeyd etdiyimiz narahatlıqlar sizə müraciət etməyimizə səbəb olmuşdur. Siz hadisə baş verdiyi zamandan etibarən bu işi öz şəxsi nəzarətinizə götürmüsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq və qərəzsiz araşdırılmasını təmin edəsiniz".ANN.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb