Rasim Quliyev azadlığa buraxıldı

Rasim Quliyev azadlığa buraxıldı
SOSİAL
17:33 16.03.2022
458

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Report-a onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti qismən təmin edilib: "Rasim Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub".

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

OXŞAR XƏBƏRLƏR