Rauf Arifoğlu: "Əli Kərimli zehniyyəti 10 noyabrdan sonra milləti param-parça etdi"

Rauf Arifoğlu: "Əli Kərimli zehniyyəti 10 noyabrdan sonra milləti param-parça etdi"
SİYASƏT
14:05 19.05.2021
766
Xəbər verdiyimiz kimi, AZXEBER.COM-un "Onun 10 cavabı" layihəsinin qonağı olan "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub.
 
Rauf Arifoğlu müsahibədə AXCP sədri Əli Kərimli haqda da danışıb.
 
O qeyd edib ki, Əli Kərimli və tərəfdarları Şuşanın qaytarılmasını millətin burnundan tökdülər: "Əli Kərimli və tərəfdarlarının hakimiyyətə gəlmə imkanı və şansı olsa, mən əlimdə silah onlara qarşı vuruşmağa hazıram. 44 günlük müharibə modeli və ondan sonrakı müddətdə Azərbaycanın siyasətində erməniçilik edənlər kimlərdir? Azərbaycanın qocaman qələbəsini, Şuşanın qaytarılmasını millətin burnundan töküb bayram etməyə qoymayan, öz qələbəsinə şübhə ilə yanaşmasına vadar edən kimlərdir? Bu zehniyyət, bu düşüncə, bu fikir məndən deyilsə, mənim kimi düşünmürsənsə, onlar hakimiyyətə gəlsə, Azərbaycanda 1920-ci illərin fəlakəti olar. Onlar kimi düşünməyən hər kəsin nəfəsini kəsərlər, boğub öldürərlər. Onların yanında ancaq trol dəstəsi var. Onlar vasitəsilə böhtan atmadıqları adam qalmayıb. Bunlardan ən böyüyü də bizim qələbəmizədir. Bizim əldə etdiyimiz 7 rayonadır. Hansı ki, keçən il bu vaxt onların yalnız biri üçün hər kəs hər şeyə, hər güzəştə hazır idi. İkisini, üçünü alıb, ermənilərə müəyyən status verək deyilirdi. İndi nə status var, nə başqa bir şey var, hamsını əldə etmişik. Cəmi yüzdə 3 faizi torpaqlarımız qalıb, gücümüz bura qədərdir.
 
Rusiya basqısı var, Fransa basqısı var, xristian ölkələrinin basqısı var və bu qədər müdhiş qələbənin fonunda Əli Kərimovçuluq. O zehniyyət 10 noyabrdan sonra bu milləti param-parça etdi. Əvvəl dedi Ağdam olmayacaq, sonra dedi Laçın olmayacaq, Kəlbəcər olmayacaq yalandır, o 10 günlük periodda belə qarayaxma kampaniyası apardı. Hesab edin ki, gözəl bir lövhə var, o lövhəninin də mərkəzində Şuşa yerləşir, bunlar o lövhənin üzərini xətləyə-xətləyə gedirlər”.
 
Rauf Arifoğlu onu da qeyd edib ki, onların iqtidar olması ölkəyə fəlakət gətirər: "O zehniyyət üçün əlimdə silah olaram, yəni bu, obrazdı, bu, metaforadır. Mən əlimə silahı Birinci Qarabağ Müharibəsində götürmüş adamam. Təbii ki, öz vətəndaşımı vurmaram, öldürmərəm. Bu, metaforadır ki, yəni bu zehniyyətin iqtidar olması fəlakət ola bilər. Mən bunu görmüşəm, tanıyıram, mənim keçmiş dostum olub. Mən buna, bunun əhatəsinə bələdəm”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR