Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alındı
SİYASƏT
16:50 04.01.2020
6139
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb.
Bu barədə AZXEBER.COM-a Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.
AZXEBER.COM xəbər verir ki, Rauf Arifoğlunun Seçki Qərargahının üzvləri qısa müddətdə imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada DSK-ya təqdim edilib.
Yanvarın 4-də DSK Rauf Arifoğlunun namizədliyini qeydə alıb.