Rauf Arifoğlunun qardaşı AXCP ilə məzələndi

SİYASƏT
11:20 05.10.2013
1214
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini, həmin qəzetin təsisçisi Rauf Arifoğlunun qardaşı Azər Ayxan özünün facebook səhifəsində AXCP sədrinin müavini Asəf Quliyevin partiyadan və Milli Şuradan istefa verməsini şərh edib. A.Ayxan yazdığı statusda A.Quliyevin istefasını əqidəsini, dostlarını satmaq kimi qiymətləndirib.

AXCP və Müsavat arasında dəfələrlə söz davasının şahidi olmuşuq. 

AZXEBER.COM iki partiya tərəfdarları arasında yenidən söz davasının qızışmasının təməlini qoya biləcək statusu təqdim edir:

“Bizə dil uzadanlara, fəaliyyətimizi təftiş edənlərə, bizi nüfuzdan salmağa çalışanlara və onların başçısına ən tutarlı cavabı Asəf Quliyev verdi - öz "fədakar, əqidəli və ləyaqətli" addımıyla! İllərdir bizə olmazın böhtanlar atan, üzrəmizə iftira yağdıran, hətta az qala "Yeni Müsavat"ın ən xırda xəbər başlığını lupayla oxuyub ordan səhv tapıb bunu bizim əleyhimizə dövriyəyə soxmağa çalışanların Asəfin bu addımının gerçək adını deməyə cəsarətləri, iradələri və qabiliyyətləri çatmır. Seçkiyə 5 gün qalmış, müxalifətin uğurlu seçki kampaniyasının ən pik zamanında Əli Kərimlinin müavinlərindən biri, cəbhənin vitrinini aparıcı siması, Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri olan siyasətçi öz düşərgəsini, əqidəsini, dostlarını satıb yön dəyişdirir, amma biriləri onun bu addımının əsl adını demir. Bu azmış kimi Asəf Quliyevin bu addımına az qala haqq qazandıralar. Allah eləməmiş, Müsavatdan kimsə bunu edəydi... Pahhhh, indi bəzi feysbuk qəhrəmanları nə həşir qoparmışdılar. Plovun altında toyuğu görə bilməyən "liderlər"in ölkəsində yaşamağın da ayrı ləzzəti varmış.

Yeri gəlmişkən, bu Asəf Quliyev Arif Hacılını bir neçə ay əvvələ qədər az qala xəyanətdə, satqınlıqda suçlayan açıqlamalar verirdi. Onun partiyadaşları isə "Yeni Müsavat"ı və onun rəhbərini neçə illərdir hakimiyyətə işləməkdə suçlayırlar. Bizim 20 ildən çoxdur ki, mövqeyimiz, liderimiz, təşkilatımız dəyişməzdir. 20 il öncə hardaydıq, kimin yanındaydıq, hələ də ordayıq, amma bizim üstümüzdə bizi ittiham edən nə qədər "kristal müxalifətçilər" hakimiyyətə satıldı, müxalifətə dönüklük etdi. Hətta yenidən müxalifətə keçib, təkrar iqtidara satıldılanlar da olub. Sevinmirik, sadəcə acıyırıq. Öz yanındakı, böyür-başındakı insanları, hətta ən yaxın dostlarını tanıya bilməyən, onları ətrafında tuta bilməyən birisi durub ölkəni bu rejimdən qurtaracağından, milləti xilas edəcəyindən danışır”.

OXŞAR XƏBƏRLƏR