Rauf Mərdiyevə namərd oyun və yaxud keçəllə güzgü məsələsi

Rauf Mərdiyevə namərd oyun və yaxud keçəllə güzgü məsələsi
18:24 11.03.2013
4300

Elnur KəlbizadəBu yaxınlarda oxuduğum bir kitabda qəribə bir fakta rast gəlmişdim. Təqribən XX əsrin 30-cu illərində Sovet Azərbaycanına gələn xarici tədqiqatçılarından birinin bələdçisi başına gələn qəribə əhvalatlardan birini danışır. Tamamilə fərqli tədqiqat istiqaməti üzrə gələn tədqiqatçının əşyaları arasında bələdçi günlərin birində “Koroğlu” dastanın görür. Təsadüfən kitabı götürüb varaqladıqda kitabdakı bir çox deyimlərin, eyni zamanda mərd, qoçaq, igid, dəliqanlı kimi anlayışların altından xüsusi xətt çəkildiyinin şahidi olur. Bu barədə tədqiqatçıya sual verən bələdçi təqribən belə bir cavab alır: “Mənə sizin – azərbaycanlıların xarakteri daha maraqlıdır.” Hər halda sayıq oxucular tədqiqatçının əsas vəzifəsinin nə olduğunu anladılar. Başqa sözlə desək o tədqiqatçı indi ölkədə müxtəlif ixtişaşların törədilməsi üçün pul ayıranların protoəcdadıdır.

Nədənsə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevə qarşı saytlardan birinin bəh-bəhlə təqdim etdiyi “məktubu” oxuyanda müdrik el məsəllərimizdən biri yadıma düşdü. “Keçəl baxar güzgüyə, adın qoyar özgəyə” məsəli radikal və satılmış düşərgənin bu addımını ən yaxşı formada ifadə etməyə yetir. Medianın qaydalarını yaxşı bilənlərə məlumdur ki, adətən ciddi informasiya və xəbər saytları yalan informasiya yaymanın reytinqə vuracağı ciddi zərbəni nəzərə alaraq bu tip oyunları bir az fərqli taktikalarla həyata keçiririlər. Əslində nəzəriyyə olaraq radikalların ilhamvericisi olan ölkələrdən gələn bu taktikanın mahiyyəti belədir: dezinformativ materialların yayılması üçün ikinci və üçüncü dərəcəli informasiya mənbələri yaradılaraq ehtiyyatda saxlanılır. Sonra isə əsası olmayan informasiyalar məhz bu mənbələr vasitəsi ilə dövriyyəyə buraxılır. Məqsədin əsas müəllifləri isə ikinci mərhələdə üzə çıxır. Yəni, hər hansı informasiyanın yayılmasında maraqlı olan digər qəzet və saytlar ikinci mərhələdə dezinformasiyanı yayan ilk mənbəyə istinadla məlumatı yayırlar. Son dövrlər ölkəmizdə geniş tətbiq olunan bu taktika ilə ictimai rəyin çaşdırılmasına çalışılır.

Mərdiyevə qarşı tətbiq olunmamışdan öncə bu oyun ölkənin ciddi dövlət xadimlərindən birinə qarşı tətbiq olunmuş və o zaman bu taktikanın aldadıcı olduğunu bildiyimi birbaşa olaraq bu tipli digər xəbər saytının rəhbərinə çatdırmışdım. Əslində, radikal gəncliyin əsas məbədgahlarından biri olan “Nida”ya qarşı hüquq-mühafizə orqanlarının aşkara çıxardığı faktlardan sonra Mərdiyevin bir Azərbaycan gənci olaraq mövqeyini oraya qoymasının kimlərisə qıcıqlandıracağı və hansısa əks addım atılacağı məlum idi. Nə “İrəli”çi nə də “Nida”çı olmamağıma, həm “İrəli”də həm də “Nida”da yaxın münasibətdə olduğum şəxslərin olmağına baxmayaraq, şəxsən bu yazıdan sonra sözügedən saytlar və sosialşəbəkələrdəki qruplar mənim haqqımda məktub-filan yaysalar təəccüblənmərəm.

Radikal mövqedə olan dostlarımız inciməsinlər amma marionetka olduğunuzu anlayacaq qədər ağıllısınız bir çoxunuz.

Məqaləyə gəlincə... Strateqlərinizin bu dəfə seçdikləri taktika peşəkar deyil, dostlar. Elə Aqşin Yeniseyin sözü olmasın yalnız seçki ərəfəsində əsgər ölümlərinin qabardılması kimi... Vallah hansısa fondlardan qrant alıb yazı yazan, özünü əxlaq kraliçası kimi təqdim edən bəzi mediya mənsublarının heç vecinə də deyil əsgərin ölümü... Əsgərin ölümünə yanan adam, Azərbaycan insanının ölümünə acıyan adam yaxın qohumları erməni tərəfindən məhv edilən Ramil Səfərovun azad edilməsinə ironiya ilə yanaşmazdı. İndi də fevral ayının 3-8-də guya “baş vermiş” olayı araşdırmaq məncə bu qədər uzun müddət çəkməməli idi. Artıq uzun zamandır Azərbaycan gəncliyinin əsas funksionerlərindən biri olan Rauf Mərdiyevin mənəviyyatını müzakirə etməyə pivəxana piştaxtası arxasından çıxanların nəinki haqqı, hətta savadı belə çatmır. Normal düşünmə qabiliyyətinə malik olan, “İrəli” İB-nin fəaliyyətini izləyən insanlar onsuz da bu əsassız təbliğatın niyə və kim tərəfindən qurulduğunu bilirlər. Digər tərəfdən əgər həqiqətən belə bir şey baş vermişdisə, bu “namus müdafiəçiləri” bu qədər müddət nəyi gözləyirdilər? Bəlkə, təcavüz faktını?!

İnsanları özünüzə güldürməyin, cənablar. O saxta e-maillərlə köhnə tarixlərə hazırladığınız məktublarlı isə saxlayın münasib... zamana...

OXŞAR XƏBƏRLƏR