Bu mövsüm Avropa Liqasında çıxış edəcək Türkiyənin "Fənərbaxça" klubu daha bir ulduz futbolçunu heyətinə qatıb.
AZXEBER.COM-un "Sporx.com"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Raul Meyreleşlə anlaşıb.
"Real" (Madrid) klubundan Lassana Diarranı transfer edə bilməyən "Fənərbaxça" klubu bütün diqqətini portuqaliyalı futbolçuya yönəltmişdi. Artıq ötən gün İstanbula gələn futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm "Liverpul"dan "Çelsi"yə transfer olunan 29 yaşlı futbolçu keçirdiyi 31 oyunda 2 qola imza atıb.