Bakıda bir neçə gün öncə ölən şəxsin meyiti tapılıb.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Bayıl yaşayış massivində əmisi oğlu ilə birgə yaşayan Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Çingiz Ələkbərov iyulun 12-də rayona gedib.
Onun əmisi oğlu, 1962-ci il təvəllüdlü Əkbər Əkbərov isə evdə qalıb. İyulun 26-da rayondan kirayə yaşadıqları evə qayıdan Çingiz qohumunu ölmüş vəziyyətdə tapıb.
Ç.Əkbərov bildirib ki, əmisi oğlu ürək çatışmazlığından vəfat edib.