Rayona getmək istəyənlərin NƏZƏRİNƏ: Kəskin BAHALAŞDI

Rayona getmək istəyənlərin NƏZƏRİNƏ: Kəskin BAHALAŞDI
SOSİAL
15:28 19.04.2023
709

İnsanlar Ramazan bayramı ilə əlaqədar tətil günlərində rayonlara üz tutur. Müxtəlif bölgələrdə hotellərə və fərdi evlərə tələbatın artdığı müşahidə olunur. Bu isə təbii ki, qiymətlərə təsir göstərir. Ümumiyyətlə, qiymətlər digər bayramlarda da iki qat qalxır. Bu, regionlardan da asılıdır.

Məsələn, Şamaxıda 70-80 manat arasında olan həyət evləri bayram günlərində 150-160, 110-150 manat arasında olan villaların qiyməti isə 200-300 manat arasında dəyişir. Qəbələdə isə adi günlərdə 80 manata olan ev 170 -180, günü 150 manat olan villalar isə 250 manata (hətta 800 manata) təklif olunur.

Bəs, ikiqat qiymət artımının əsas səbəbi nədir?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Bakupost.az -a açıqlama verib. Onun sözlərinə görə, bu qiymət artımları mövcud inflyasiya ilə bağlıdır:

"Bunun bayramlarla əlaqəli olduğunu düşünmürəm. Buna son aylarda baş verən inflyasiyanın məntiqi ardıcıllığı kimi baxıram. 2022-ci ilin sonu 2023-cü ilin ilk rübündə qiymətlər bahalaşıb. Bu da nəticə etibarilə insanların həyat tərzinə də təsir göstərir. İnsanların problemləri çoxalıb, həlli isə bahalaşıb. Ona görə də evlərini kirayə verən şəxslər onun qiymətini artırırlar”.

Ekspert fərdi evlərlə yanaşı, hotellərin də xərclərinin artdığını vurğulayıb:

"Hotellərin də xərci çoxalıb. Əvvəl kartofu 70-80 qəpiyə alırdılar, indi isə 1.50 qəpiyə alırlar. Digər meyvə və tərəvəzlərdə də belədir. Eyni zamanda, inflyasiyaya qarşı işçilərin də əmək haqqı artırılıb. Bütün bunlar hotelin maya dəyərini qaldırır. Ona görə də hotel sahibləri zaman-zaman əllərinə bəhanə düşdükcə qiymətləri qaldırıb vəziyyəti yaxşılaşdırmağa çalışırlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu