Rayonlara gediş-gəliş açılırmı?

Rayonlara gediş-gəliş açılırmı?
SOSİAL
12:01 14.08.2020
5094
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl  rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Qərarla, həmin şəhər və rayonun ərazisində yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alan,  təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: "Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.

Epidemioloji vəziyyət isə sabitləşir.

Maraqlıdır, hazırkı şəraitdə rayonlara gediş-gəliş açıla bilərmi?

Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Report”a bildirib ki, yoluxma hallarının az olduğu təqdirdə yumşalmaların davam etdirilməsi nəzərdə tutulur:

"Artıq ölkəmizdə yoluxma halı ikirəqəmliyə düşüb. Bu sayın daha da aşağı düşməsi yumşalmalara imkan yaradar. Rayonlara gediş-gəlişin açılması məsələsi ətraflı surətdə araşdırılmalıdır. Daha sonra ən əlverişli qərar qəbul olunmalıdır ki, insanlar getdikləri yerdə nəzarətə alına bilsinlər və insanların yoluxma və yoluxdurma ehtimalı az olsun. Hesab edirəm ki, bütün bunlar araşdırıldıqdan sonra insanların rayonlara gediş-gəlişinə şərait yaradılacaq”.

Baş infeksionist rayonlara gediş-gəliş açıldıqdan sonra iritutumlu avtobuslardan istifadəni məqsəduyğun saymır:

"Çünki iritutumlu avtobuslarda 30-40 və daha çox insanın rayonlara gedib-gəlməsi mümkündür. Ona görə də həmin avtobuslarda yoluxma halı daha çox ola bilər. Ancaq bir ailənin şəxsi avtomobilndən istifadə edərək gediş-gəlişində yoluxma ehtimalı daha azdır. Hesab edirəm ki, rayonlara gediş-gəliş zamanı şəxsi avtomobillərdən istifadə daha əlverişlidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə karantin məhdudiyyətlərinin Azərbaycanın 13 şəhər və rayonuna giriş-çıxışı qadağan etdiyini xatırladıb:

"Bu, ilk növbədə orada koronavirus epidemiyasının kökünün hələ də kəsilməməsi ilə bağlıdır. Məhdudiyyətlərin götürülməsi, rayonlara gediş-gəliş çox təəssüf ki, yoluxmaların sayını artıra bilər. Bu baxımdan hesab edirəm ki, uyğun şərait yaranan kimi Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin götürülməsi barədə qərar verəcək”.

Deputat bildirib ki, hazırda rayonlara gediş-gəlişlə bağlı müəyyən icazələr mövcuddur: "Əgər insanlar karantin qaydalarına riayət etsələr, indi də məhdudiyyətləri götürmək olar. Yəni, insanlar sosial məsafə gözləsələr, tibbi maskalardan istifadə etsələr, çoxlu sayda insanlar bir yerə toplaşmasalar yumşalmalara getmək olar. Çox təəssüf ki, bu qaydalara hər yerdə əməl edilmir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı