Rayonlardan Bakıya giriş-çıxış qadağası ləğv olunmayıb

Rayonlardan Bakıya giriş-çıxış qadağası ləğv olunmayıb
SOSİAL
16:22 15.05.2020
2159
Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması qadağası qüvvədə qalır. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. 

Xatırladaq ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılıb.
OXŞAR XƏBƏRLƏR