Aparıcı-model Razi Əliyevavanı döydüyü iddia edilən Ziya Hüseynzadə açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, Ziya Hüseynzadə iddia olunduğu kimi Razi Əliyevavanı döyüb videoya çəkmədiyini bildirib:
"Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.
Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan Respublikasının polisinin ədalətliliyinə əminəm!”.
Qeyd edək ki, Razi Əliyevava ailəsinin və özünün həyatı ilə bağlı təhlükə olduğunu və Ziya Hüseynzadənin onu döydüyünü bildirib. O, öz "İnstagram" səhifəsində zorakılığa məruz qalan zaman çəkilən fotolarını paylaşıb. Bununla yanaşı "Tik-Tok"da modelin zorla videoya çəkilməsini əks etdirən görüntülər də yayımlanıb.
Hadisə ilə bağlı DİN araşdırma aparır. DİN-dən verilən açıqlamaya görə, mövzu ilə bağlı ətraflı məlumat veriləcək.