"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq

"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
İDMAN
19:57 04.03.2025
236
İspaniyanın "Real" (Madrid) komandası braziliyalı hücumçusu Vinisius Juniorla müqavilə müddətini uzadacaq.

Hər iki tərəf yeni şərtlərlə razılaşıb və sözləşmə yayda imzalanacaq.

24 yaşlı oyunçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.

Qeyd edək ki, Vinisius 2018-ci ildən "Real"da çıxış edir. O, cari mövsüm meydana çıxdığı 35 matçda 17 qol vurub.
 

OXŞAR XƏBƏRLƏR