"Real" futbolçusu ilə müqavilə müddətini uzadır

İDMAN
19:59 30.01.2024
227
İspaniyanın "Real" klubu futbolçusu Daniel Karvaxal ilə müqavilənin müddətini uzadacaq.

Rəhbərlik 32 yaşlı müdafiəçiyə "1+1 illik" yeni sözləşmə təklif edib.

Qeyd edək ki, 2013-cü ildən "Kral klubu"nun formasını geyinən ispaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Karvaxal komanda ilə üç dəfə La Liqanın, beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, ümumilikdə "Real"da 23 titula sahib çıxıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR