Xəbər verdiyimiz kimi, 1news.az saytında “Amerika “diplomatiyasının” siması və ya Xəzərin qərb sahilində casus “ehtirasları” adlı redaksiya məqaləsi dərc olunub.Məqalədə qeyd edilir ki, sözügedən material Amerikanın “The New York Times” qəzetində Denis Korboyun, Uilyam Kortninin, Riçard Kozlariçin və Kennet Yalovitsin müəllifliyi ilə dərc edilən, obyektivlikdən uzaq, açıq-aydın sifariş xarakteri daşıyan “Cənubi Qafqaz üçün seçim variantları” adlı məqaləyə cavab olaraq yazılıb.
Məqalədə həmçinin Azərbaycanda yaradılan “REAL” hərəkatı və hərəkatın sədri İlqar Məmmədov haqda da sensasion məlumatlara yer ayırılıb.
Yazıda bidirilir ki, amerikalılar 2005-ci ildə daha bir könüllü-“təşəbbüskar”ı əldə etdilər – bu şəxs hal-hazırda REAL hərəkatının həmtəsisçisi kimi çıxış edən İlqar Məmmədovdur.
Daxil olan diplomatik məlumatda bildirilirdi ki, İlqar Məmmədovun Milli Məclisə üzv seçilə bilmək üçün 2005-ci ildə öz xahişi ilə Azərbaycanın bəzi yüksək səlahiyyətli dövlət məmurları ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnəndən sonra İ.Məmmədov öz xidmətlərini ABŞ-a təklif etmək qərarına gəlib”.
Yazıda vurğulanır ki, maraqlı faktdır – sözügedən “əməliyyat”ı icra edən zabit Donald Lu olub, bu şəxs daha sonra ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini yerinə yetirib.
“Bu həmin o Donald Ludur ki, yaxşı məlumatlandırılmış mənbələrin bildirdiklərinə görə, hətta müəyyən dairələrdə “Madam Don” kimi məşhur olan bu şəxs hələ münaqişələrdən dağılan Qərbi Afrikada, daha doğrusu Syerra-Leonedə könüllü olan zaman heç də pis əylənməyib. Bu həmin o Donald Ludur ki, daha sonra Vikiliks informatorları tərəfindən açıqlanan materiallarda gedən uydurmaları və böhtanları ilə məşhurlaşıb.Azərbaycana qayıdaq. Beləliklə, İ.Məmmədov Bakıdakı ABŞ səfirliyinə işə qəbul edilir və bir müddət keçəndən sonra o, diplomatik nümayəndəliyin daha bir əməkdaşı – Dadaş Alışovla birlikdə özünün Azərbaycanın Milli Məclisinə namizədliyini irəli sürür. İ.Məmmədov deputat ola bilməsə də, Amerikanın bəzi məmurları ilə müvafiq əlaqələrini yoluna qoymağa müvəffəq olur.
Beləliklə də, müəyyən vaxt ötəndən sonra məhz bir sıra Qərb dairələrinin maliyyə dəstəyi ilə REAL hərəkatı yaradılır. Xaricdə yerləşən etibarlı mənbələrdən təqdim edilən məlumata əsasən, bu “qrupun” 2013-cü ildəki tapşırıqlarınınm siyahısına İsmayıllıdakı iğtişaşlarda iştirak etməkdən əlavə, “Xəzər payızı planı”nın təşkil edilməsində fəal iştirak etmək də daxil edilibmiş. Bu işbirliyinə əsasən, Azərbaycanda oktyabr ayında başlamalı olan iğtişaşlar daha sonra Xəzərin digər sahilinə - Orta Asiya respublikalarına sıçramalı imiş.
AZXEBER.COM-un məlumatına görə, 1news.az saytında yayımlanan yazı böyük rezonans doğurub. REAL təsisçilərindən olan, hüquqşünas Erkin Qədirli şəxsi "facebook" səhifəsində sözügedən yazıya münasibət bildirib və həmin məqalədə REAL-la əlaqədar göstərilən faktlara münasibət bildirməyib
AZXEBER.COM