"Real” iki futbolçunun xidmətindən məhrum olub.
"Kral klubu”nun mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiəçi David Alaba və hücumçu Rodriqo Qoes qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.
Hər iki futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul”la matçda (5:2) sıradan çıxıb. Avstriyalı müdafiəçi sözügedən matçın 27-ci, braziliyalı hücumçu isə 81-ci dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
Alabanın sağalması təxminən bir ay çəkəcək. Rodriqo isə 10 gün sonra yaşıl meydanlara qayıda bilər.
"Real” La Liqada fevralın 25-də Madrid derbisində "Atletiko” ilə üz-üzə gələcək, martın 3-də isə "Barselona”ya qarşı "El-Klassiko” oynayacaq.