"Real" İspaniya Superkubokuna sahib çıxdı

İDMAN
07:56 30.08.2012
1307

Bu gecə İspaniya Superkubokunun yeni qalibi müəyyənləşib.

AZXEBER.COM-un məlumatına görə, həlledici görüşdə "Real" (Madrid) və "Barselona" klubları üz-üzə gəlib.

İlk görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan "Real" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Madriddə baş tutacaq görüşdə qeydə alınacaq istənilən heç-heçə "Barselona"nı qane edəcəkdi.Lakin oyuna yaxşı başlayan "Real" 2 qol vurmağa müvəffəq olub. Fasilədən sonra da üstünlüyünü qoruyan Madrid təmsilçisi İspaniya Superkubokuna sahib çıxıb - 2:1.

29 avqustİspaniya Superkubokunun cavab görüşü01:30. "Real" (Madrid) -"Barselona"(İlk oyun - 2:3) - 2:1Qollar:İquain, 11 (1:0), Ronaldo, 19 (2:0), Messi, 45 (2:1)Qırmızı vərəqə:Adriano, 28 ("Barselona")

OXŞAR XƏBƏRLƏR