“Real” “Kayrat”a aman vermədi

“Real” “Kayrat”a aman vermədi
İDMAN
23:23 30.09.2025
260
UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun oyunları start götürüb.

Turun ilk oyunları "Atalanta" - "Brügge" və "Kayrat" - "Real Madrid" qarşılaşmaları olub.

Almatıda Avropa nəhəngini qəbul edən "Kayrat" sensasiyaya imza ata bilməyib. Qazaxıstan təmsilçisinin futbolçuları Mbappenin qarşısını ala bilməyiblər.

Fransız futbolçu biri penaltidən olmaqla het-trikə imza atıb. Daha bir dəfə isə Kamavinqa və Dias fərqləniblər. Görüş "Real Madrid"in 0:5 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR