“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO

İDMAN
10:00 02.06.2024
192
UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

İngiltərənin paytaxtı Londondakı "Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund "Borussiya” və İspaniyanın "Real Madrid” komandaları üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma "kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub.
74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

OXŞAR XƏBƏRLƏR