"Real Madrid" ağır seçim qarşısında: Bellinqemi o əvəz edəcək

"Real Madrid" ağır seçim qarşısında: Bellinqemi o əvəz edəcək
İDMAN
14:42 18.07.2025
263
Tanınmış ingilis futbolçu Cud Bellinqemin çiyin əməliyyatı keçirməsi "Real Madrid" rəhbərliyini çətin seçim qarşısında qoyub.

AZXEBER.COM xəbər verir ki, baş məşqçi Xabi Alonso ingilis futbolçu üçün alternativ seçimlər etmək istəyir.
 
Bir çox futbolçu bu mövqe üçün mübarizə aparsa da Bellinqemin boşluğunu doldurmaq üçün ən güclü namizəd bunlardır: Arda Gülər, Franko Mastantuono və Rodriqo.
  
Arda Gülər mövqeyinə və həm Klublararası Dünya Çempionatında göstərdiyi performansa, həm də Karlo Ançelottinin ona əvvəlcədən verdiyi imkanlara görə ən güclü namizəddir.
 
Menecer dəyişikliyi ilə Arda yeni dövrə qədəm qoyur; o, ABŞ-də keçirilən turnirdə çoxsaylı qarşılaşmalarda ilk onbirlikdə yer alıb.
 
Franko Mastantuono digər bir seçimdir. Ancaq nəzərə almaq lazımdır ki, argentinalı Avropa futbolu və "Real Madrid" üçün nisbətən yenidir. "River Plate"dən gələn oyunçu fərqli futbol anlayışına malikdir və uyğunlaşmaq üçün bir az vaxt lazımdır. 

Üçüncü seçim Rodriqodur. O, Bellinqem kimi oynayır. Lakin Rodriqonun "Real Madrid"də qalıb-qalmayacağı məlum deyil. 

Qeyd edək ki, Cud Bellinqem ən azı 3 ay meydanlardan kənarda qalacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR