"Real Madrid" bu futbolçulara 1 illik müqavilənin uzadılmasını təklif etdi

"Real Madrid" bu futbolçulara 1 illik müqavilənin uzadılmasını təklif etdi
DÜNYA
15:35 17.05.2024
184
İndiyədək "Real Madrid"dən müqavilə yeniləmə təklifi almayan Luka Modriç və Toni Kroosla bağlı yeni bir dəyişiklik olub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Real Madrid" rəhbərliyi hər iki futbolçuya 1 illik müqavilə təklif etmək qərarına gəlib.
 
Bu vəziyyət Arda Güləri narahat edib. 
 
Onu da qeyd edək ki, təklif olunacaq rəqəmlərin xeyli aşağı olacağı bildirilib. Hər iki oyunçu davam etmək və ya tərk etmək üçün öz qərarlarını verəcək.

Həmçinin, hər iki futbolçunun yaşının irəliləməsinə baxmayaraq, oyunlarında geriləmə olmadığı üçün "Real"ın müqaviləni ən azı 1 il daha uzatmağa hazırlaşdığı öyrənilib.

Ançelotti hər iki futbolçunun komandada qalmasını istəyir. Kroos və Modriçin müqavilələri 30 iyun 2024-cü ildə başa çatacaq.
 
Oksana

OXŞAR XƏBƏRLƏR