İspaniyanın "Real Madrid” klubunun rəhbərliyi 2025-ci il üçün hədəflərini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, İspaniya nəhəngi 14 dəfə qalib gəldiyi Avropa futbolunun ən əhəmiyyətli tədbiri olan Çempionlar Liqasından imtina edib.
Klub iştirak haqqı olaraq cəmi 30 milyon avro və 100 milyon avro qazanacağı FIFA Klublararası Dünya Çempionatına üstünlük verəcəyini bildirib.
Qeyd edək ki, Karlo Ançelottinin idarə etdiyi "Real Madrid" bu mövsüm La Liqada keçirdiyi 18 matçda 12 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətlə 40 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.
İspaniya nəhəngi Çempionlar Liqasında 6 görüşdə 3 qələbə və 3 məğlubiyyət alaraq 9 xalla 20-ci pillədə qərarlaşıb.
Aysel