Real Madrid Fondundan Azərbaycanda futboluna dəstək

Real Madrid Fondundan Azərbaycanda futboluna dəstək
İDMAN
10:10 30.01.2014
1157
Bu il yanvarın 27-də AFFA-nın qızlardan ibarət milli futbol komandasının baş məşqçisi xanım Patrisiya Qonzalez, milli yığmanın futbolçusu Nigar Cəlili və digər nümayəndələr Real Madrid Fondu və Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində yaradılmış “VƏTƏN” sosial futbol məktəbinin qonağı olublar.
AZXEBER.COM-un məlumatına görə, nümayəndə heyəti ilk olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinin Azərbaycanda qadın futbolu, peşəkar və sosial futbola həsr edilmiş “Yeni Gün” proqramında iştirak edib.
“VƏTƏN” sosial futbol məktəbini layihənin koordinatoru Sahibə Paşayeva, məşqçi-müəllim Namiq Allahverdiyev və məktəbin futbolçusu Alıyeva Səbinə təmsil ediblər. Proqram zamanı Real Madrid Fondunun 2014-cü il üçün Azərbaycanda həyata keçirəcəyi 3 yeni layihə də elan edilib.
Layihələrdən biri “Real Madrid” klubunun məşqçi heyətinin Azərbaycana səfəri, digəri azərbaycanlı uşaqların beynəlxalq yay futbol düşərgəsinə göndərilməsi, sonuncu isə məktəbə olan çoxsaylı  müraciətlər nəticəsində yaxın vaxtlarda yeni qrupların açılması olub.
Qeyd edək ki, 29 aprel 2013-cü il tarixində Real Madrid Fondunun Gənclər və İdman Nazirliyi ilə Madrid şəhərində imzaladığı əməkdaşlıq müqaviləsi 2013-2017-ci tədris dövrünü əhatə edir. Bu dövrdə Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərəcək “VƏTƏN” sosial futbol məktəbinin əsas məqsədi Real Madrid Fondunun uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası üzrə sosial futbol modelini Azərbaycanda tətbiq etməklə ölkədə uşaq futbolunun təbliğinə və inkişafına dəstək verməkdir.
Hazırda Real Madrid Fondunun dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi fəaliyyət göstərir. “VƏTƏN” sosial futbol məktəbi post-sovet məkanında yaradılmış ilk, Avropanda isə 8-ci məktəbdir.
Məktəbin baş sponsoru “AzərİdmanServis” MMC-dir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu layihənin əsas tərəfdaşlarıdır.
AFFA-nın qızlardan ibarət milli komandasının baş məşqçisi xanım Patrisiya Qonzalez günün ikinci yarısında “Vətən” sosial futbol məktəbində məşqçi müəllimlərə görüşüb və məktəbdə məşqlərin təşkili ilə maraqlanıb.
Görüş zamanı P.Qonzalez məşqçilərə uşaq futbolu, futbolun sosial və peşəkar modelləri mövzusunda maraqlı təqdimatlar edib. Bundan sonra xanım Qonzalez məşqçi İlqar Məsumovun 15-16 yaşlı oğlan qrupuna təlim-məşqini müşahidə edərək ona və digər həmkarlarına öz tövsiyələrini verib.
Məşqçi müəllimlərin hədsiz marağına səbəb olan müzakirələrə AFFA, xüsusilə qızlardan ibarət milli yığma və məktəb arasında əməkdaşlığın genişləndirilməsinə dair konkret təkliflərin verilməsi ilə yekun vurulub.
Günün sonunda baş verən ən maraqlı tədbir isə P.Qonzalesin “Vətən” sosial futbol məktəbinin qızlardan ibarət komandasına master-klas məşqi olub. Gün ərzində davam edən silsilə tədbirlərdən ümumilikdə 8 nəfər məşqçi-müəllim və 34 nəfər (18 qız) gənc futbolçu faydalanıb.
Sonda məktəbin kollektivi AFFA-nın rəhbərliyinə göstərdikləri dəstəyə, milli komandanın baş məşqçisi xanım P.Qonzalezə isə maraqlı və faydalı bir gün üçün dərin minnətdarlıqlarını bildiriblər. Tədbir xatirə şəkli çəkdirməklə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Səsini AI-dan qorumaq üçün bu addımı atdı
08:36 07.10.2026
Səsini AI-dan qorumaq üçün bu addımı atdı