"Real Madrid" Kərim Benzemanı Luis Suareslə əvəzləmək istəyir
İDMAN
11:00 22.04.2014
1142
İspaniyanın "Real Madrid" klubu Kərim Benzema ilə yollarını ayırır.AZXEBER.COM-un məlumatına görə, "Kral klubu" yayda Fransa yığmasının forvardını "Liverpul"un uruqvaylı hücumçusu Luis Suareslə əvəzləmək niyyətindədir.İspaniya mətbuatının məlumatına görə, Londonun "Arsenal" klubu Kərim Benzemanı transfer etmək istəyir. 2015-ci ilin yayına qədər "Real"la müqaviləsi olan Kərim Benzema da Arsen Vengerin çalışdırdığı "Arsenal"a keçmək istəyir."Real" Madrid Luis Suaresi yayda azad agent qismində heyətinə cəlb etməyi düşünür.