"Real Madrid” Kurtuaya əvəzləyicini “Çelsi”də tapdı

İDMAN
19:21 12.08.2023
240
İspaniyanın "Real Madrid” klubu zədəli qapıçısı Tibo Kurtuaya əvəzləyici tapıb.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, La Liqa təmsilçisi İngiltərə "Çelsi”sinin qolkiperi Kepa Arrisabalaqanı icarəyə götürməyə hazırlaşır. İspaniyalı "çərçivə qoruyucusu” Almaniyanın "Bavariya” klubu ilə danışıqlara baxmayaraq, "Real Madrid”ə keçmək qərarına gəlib. "Kral klubu” "Çelsi” ilə anlaşmağa yaxındır.

Qeyd edək ki, bir neçə gün öncə zədələndiyi üçün əməliyyat olunacaq Kurtua altı-səkkiz ay yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, Arrisabalaqa 2018-ci ildə Bilbao "Atletik”indən "Çelsi”yə keçib. 28 yaşlı qolkiper ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 39 oyun keçirib, 45 qol buraxıb.
OXŞAR XƏBƏRLƏR