"Real Madrid" "Qalatasaray"ı çətinliklə məğlub etdi

İDMAN
10:52 25.08.2011
2007
Madriddə “Real” və Türkiyənin “Qalatasaray” klubları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşmaya Türkiyə klubu daha fəal başlayıb. Bu fəallıq nəticəsini verib və qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. “Qalatasaray”ın yeni transferi Səlcuq İnan fərqlənib. Buraxılan qoldan sonra “Real” təşəbbüsü tədricən ələ almağa başlayıb. Ardıcıl hücumlardan sonra 34-cü dəqiqədə “Kral klubu” hesabı bərabərləşdirib. Komandasının bərabərlik qolunu Serjio Ramos vurub. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissədə meydan sahibləri hesabda irəli çıxıblar. 51-ci dəqiqədə Kərim Benzema rəqib oyunçuların səhvindən yararlanaraq qapıçı ilə təkbətək çıxıb və “Real”ın qələbə qolunu vurub. Bundan sonra komandalar fərqlənə bilməyiblər.

OXŞAR XƏBƏRLƏR