“Real Madrid” Ronaldonu yenidən kluba qaytarmaq istəyir

“Real Madrid” Ronaldonu yenidən kluba qaytarmaq istəyir
İDMAN
11:30 01.05.2022
311
İngiltərənin "Mançester Yunayted" komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Real Madrid"ə qayıda bilər.
 
AZXEBER.COM Ölkə.az-a istinadən bildirir ki, "Mirror” nəşrinin məlumatına görə, "kral” klubu Ronaldonun transferində maraqlıdır. Bir gün əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.

O, bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.

Ralf Ranqnikin yetirmələri 35 turdan sonra 55 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR