Madrid “Real”ı Joze Mourinyodan sonra boş qalmış baş məşqçi vəzifəsinə yeni mütəxəssis gətirib.
Klubun rəsmi saytı Karlo Ançelottinin “Real”ın baş məşqçisi təyin olunduğunu elan edib. Onunla üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ançelottinin son iş yeri Fransa PSJ-si olub. 54 yaşlı mütəxəssis 18 illik məşqçilik karyerasında "Redjana", "Parma", "Yuventus", "Milan" (hamısı İtaliya) və "Çelsi" (İngiltərə) klublarını da çalışdırıb.//qol.az