"Real Madrid" - "Yuventus" oyununun biletləri 8 dəqiqəyə satıldı

"Real Madrid" - "Yuventus" oyununun biletləri 8 dəqiqəyə satıldı
İDMAN
16:22 27.03.2018
2425
İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün biletlər qısa müddətdə satılıb.

AZXEBER.COM virtualorg.az-a istinadən xəbər verir ki, satış başlandıqdan 8 dəqiqə sonra bütün biletlər bitib. "Santyaqo Bernabeu" stadionunda baş tutacaq görüşdə "Real Madrid"in 76 min, "Yuventus"un 4 minədək azarkeşi olacaq. İlk oyunun biletləri isə bir neçə saat ərzində tükənib.

Qeyd edək ki, bu komandalar arasında ilk matç aprelin 3-də, cavab qarşılaşması isə aprelin 11-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR